
Simfonik orkestrin alətləri
Dərsimizdə simfonik orkestrin alətləri ilə tanış olduqdan sonra verilən tapşırığı və öyrənilmiş materialları daha yaxşı mənimsəmk üçün bu sərbəst işi hazırladım.
Dərsimizdə simfonik orkestrin alətləri ilə tanış olduqdan sonra verilən tapşırığı və öyrənilmiş materialları daha yaxşı mənimsəmk üçün bu sərbəst işi hazırladım.
Mən sizə hamının tanıdığı, lakin hər kəsin dostlaşa bilmədiyi dostumdan danışacam. İnsanlardan fərqli olaraq o cansızdır. Amma onunla ünsiyyət qura bilsən o səninlə danışar, gülər, sevinər, oynayar, darıxar, ağlayar, kədərlənər yaxud səni qədim dövrlərə, xəyallar, nağıllar aləminə apara bilər. Onun sevimlisi olmaq üçün onunla düzgün ünsiyyət qurmaq, onun dilini bilmək və onun yaxından tanımaq lazımdır.
Mənim dostumun adı FORTEPİANODUR.
SOLO - italyan sözü olub, tərcüməsi tək, yeganə, bir deməkdir. Belə musiqi əsərləri bir alətə, ya da bir səs üçün yazılır. Müşayətlə bəzən də müşayətsiz ifa olunur. Q.Qarayevin fortepiano üçün yazdığı do minor prelüdü solo ifaya ən bariz nümunələrdən biridir.