
Ansambl ifa
Fortepiano ansamblları son on illikdə bütün dünyada geniş marağa səbəb olan instrumental ifaçılıq janrıdır. Bu marağa səbəb kimi bir neçə amili, məs: keçmiş zamanların duet piano ifaçılığı ənənələrinin yenidən yaşadılması; XV-XIX əsr bəstəkarlarının ölməz yüksək bədii sujetə malik əsərlərinə heç zaman bitməyən və azalmayan marağın olması; müasir bəstəkarların əsərlərində uzun təkamül yolu keçən fortepiano duet ifaçılığı dəsti-xəttinə necə sadiq qalınğını, əsas da fortepiano ansamblının daha çox dinləyici marağına səbəb olmasını göstərmək olar.