Dahilərin musiqisi körpə barmaqlarında – birinci hissə
- 1147 dəfə Oxunub
- Bölmə: Məqalələr
- Yazar: ztempo.com
Bu sərbəst iş üç cilddən ibarət olub, dahi bəstəkarların qısa tərcümeyi- halını, onların məşhur əsərlərinin fortepiano üçün sadələşdirilmiş not yazılışını özündə cəmləşdirir.
Çox erkən dövrdən, üç yaşımdan fortepiano ilə tanışlığım mənə bir çox dahi bəstəkarların möhtəşəm əsərlərinin sadələşdirilmiş variantları ilə tanış olmağıma zəmin yaratdı. Valideynlərimin əldə etdikləri kitablardan dünyaca məşhur bəstəkarların sadə, lakin eyni zamanda möhtəşəm musiqisini ifa etməyim musiqi zövqümü formalaşdırdı. Daha sonra həmin bəstəkarların həyatı və hər birinin özünə məxsus musiqi xüsusiyyətləri ilə tanış oldum. Müəlliməmin məsləhəti ilə dahi bəstəkarların həyatını və onların dünyaca məhşur əsərlərinin sadə formasını bir yerdə toplayıb sərbəst iş kimi təqdim edirəm.